EN

"Qarabağ"ın rəqibi təxirə salınmış oyunda qələbə qazandı

Niderland çempionatının XIV turundan təxirə salınmış “Ayaks” – “Qroningen” oyunu baş tutub.

90deqiqe.Az xəbər verir ki, Amsterdam təmsilçisi qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılıb. Bu nəticə “Ayaks”ın xal hesabını 23-ə yüksəldib və komanda turnir cədvəlində 5-ci pilləyə qalxıb.

Xatırladaq ki, görüş noyabrın 30-da “Ayaks” azarkeşlərinin meydana fişəng və digər pirotexniki vasitələr atması səbəbindən yarımçıq saxlanılmışdı.

Qeyd edək ki, “Ayaks” Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ın növbəti rəqibi olacaq. Ağdam təmsilçisi rəqibini dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Chosen
69
90deqiqe.az

1Sources