EN

Ukraynalıların yarıdan çoxu Zelenskinin prezidentliyə namizədliyini dəstəkləmir

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynalıların yarıdan çoxu, təxminən 52,2 faizi hesab edir ki, Volodimir Zelenskinin yenidən prezidentliyə namizədliyini irəli sürməsini istəmir.Newscenter.az TASS-a istinadən bildirir ki, bu, Socis Sosial və Marketinq Tədqiqatları Mərkəzinin keçirdiyi sorğunun nəticəsində əksini tapıb. Ukraynalılar Zelenskinin prezidentlik müddətinin məhdudlaşdırılmalı olduğu qənaətindədirlər.Sorğuda iştirak edən respondentlərin 42,8%-i isə Zelenskinin növbəti seçkilərdə iştirak etməli olduğunu düşünür. Bundan əlavə, sorğunun nəticələrinə görə, ukraynalıların əksəriyyəti (60%) hesab edir ki, Zelenski Ukraynada siyasi böhrana səbəb olan yüksək profilli antikorrupsiya istintaqında iş adamı Timur Mindiç və digər müttəhimlərin cinayət sxemlərinə görə şəxsi məsuliyyət daşıyır.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
61
1
newscenter.az

2Sources