EN

“Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir namizəd

Yazını böyüt
Yazını kiçilt

“Neftçi”nin baş məşqçisi vəzifəsinə daha bir namizəd müəyyənləşib. 

Hafta.az xarici mətbuata istinadən bildirir ki, belaruslu mütəxəssis Viktor Qonçarenkonu komandaya gətirmək imkanı dəyərləndirilir.

Belarusda BATE, Rusiyada isə bir sıra klublarda baş məşqçi kimi fəaliyyət göstərmiş Qonçarenkonun son iş yeri Rusiyanın "Pari NN" klubu olub.

Bundan öncə "Neftçi"nin ukraynalı mütəxəssis Yuri Vernidubla danışıqlar apardığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Samir Abasovla yollarını ayıran "Neftçi"ni hazırda müvəqqəti olaraq Sənan Qurbanov çalışdırır. 

Chosen
23
1
hafta.az

7Sources