Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Turan Tovuz" "Şahdağ Qusar"a 2:1 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev oyundan sonra klubun mətbuat xidmətinə müsahibə verib:

"Ümumiyyətlə, kubok oyunları gərgin keçir. Bu gün bir daha buna şahid olduq. Bu oyunda əsasən az şans qazanan oyunçulara özlərini göstərmək imkanı verdik", deyə mütəxəssis qeyd edib.