EN

“Neftçi”nin baş məşqçisi o ola bilər

“Neftçi” Rusiyanın “ÇSKA” klubunun keçmiş baş məşqçisi Viktor Qonçarenkonu komandanın yeni baş məşqçisi kimi nəzərdən keçirir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Sport-Ekspress” məlumat yayıb.

Bildirilib ki, belaruslu mütəxəssisin son iş yeri Rusiyanın “Pari NN”  klubu olub. 48 yaşlı Viktor Qonçarenko 2024-cü ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər Nijni Novqorod komandasına rəhbərlik edib.

Qeyd edək ki, “Neftçi”nin əvvəlki baş məşqçisi 2024-cü ilin oktyabrından komandaya rəhbərlik edən Samir Abasov olub. O, 2025-ci il noyabrın 24-də vəzifəsindən azad edilib.

“Cebheinfo.az” 

Chosen
11
7
cebheinfo.az

8Sources