EN

Energetika naziri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb



Energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə enerji sahəsində Azərbaycan-Aİ əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın Avropanın enerji təchizatındakı etibarlı tərəfdaş rolu, habelə bərpa olunan enerji sahəsində fəaliyyəti yüksək qiymətləndirilib.

Görüş zamanı “Enerji Dialoqu” formatında əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan Avropaya elektrik enerjisi ixracını təmin edəcək “Yaşıl Enerji Dəhlizi” layihələrinin icrası nəzərdən keçirilib. Görüşdə, həmçinin “EU4Energy” proqramı, dekarbonizasiya, enerji səmərəliliyi, hidrogen və digər perspektivli istiqamətlər üzrə əməkdaşlıq məsələlərinə də toxunulub.

Süleyman
Chosen
2
8
newscenter.az

10Sources