Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.
Senzor.az Ermənistan XİN-ə istinadən xəbər bildirir ki, görüş Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası çərçivəsində keçirilib.
Məlumata görə, bugünkü müzakirələrin gündəliyində Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsi, o cümlədən yeni gündəliyin təsdiqi, həmçinin qarşılıqlı əlaqənin təşviqi və regional mövzular yer alıb.