EN

Rəssam: Qız dərin və sakit baxışları ilə izləyicini onun daxili dünyasına çəkir

Bakı, 3 dekabr, Leyla Muradzadə, AZƏRTAC

Yaradıcılığımda ən çox insan obrazlarına üstünlük verirəm. Qərbi Azərbaycana həsr olunan layihədə "Ağbaba gözəli" əsəri ilə iştirak edirəm.

Bunu AZƏRTAC-a müsahibəsində "QGallery” Qalereyasında keçirilən “Təsviri incəsənətdə Qərbi Azərbaycan hekayəsi” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisində əsəri nümayiş olunan Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbəsi Rasimə Əliyeva deyib.

Əsərində Qərbi Azərbaycana qayıdışı əks etdirən Rasimə Əliyeva deyib: "Əsərdə qız qırmızı örtüyə bürünmüş şəkildə təsvir olunub. Örtüklü xanım həm həyatın incəliyini, həm də insanla təbiət arasında mövcud olan dərin və qədim bağları simvolizə edir. Qız dərin və sakit baxışları ilə izləyicini onun daxili dünyasına çəkir".

Chosen
99
azertag.az

1Sources