EN

5 saatdan çox davam edən Putin Uitkoff görüşü başa çatdı Video+Yenilənib

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, Prezident Vladimir Putinin xüsusi elçisi Kirill Dmitriyev bu gün Kremlə birgə daxil olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Bildirilib ki, Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner dekabrın 2-də Moskvaya gəlib. Onların Rusiya lideri Vladimir Putinlə görüşü günün ikinci yarısına təyin edilib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sülh danışıqlarına açıqdır, lakin “xüsusi hərbi əməliyyat” çərçivəsində müəyyən olunan hədəflərin yerinə yetirilməsi əsas şərt olaraq qalır:

“Prezident Putin Uitkoffla Vaşinqton və Kiyev arasında aparılan danışıqlarda yeni sülh planı üzrə əldə olunan ilkin anlaşmaları müzakirə edəcək”.

Xatırladaq ki, noyabrın 30-da Floridada ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə ərazi məsələləri, Ukraynanın NATO-ya mümkün üzvlüyü və Qərb ölkələri tərəfindən dondurulan Rusiya aktivlərinin taleyi müzakirə olunub.

***

Rusiya Prezidenti Vladimir Putinin ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşü başlayıb.

Görüşdə Rusiya tərəfindən Prezidentin köməkçisi Yuri Uşakov və Prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edir. Müzakirələrin əsas mövzusunun ABŞ-nin Ukrayna ilə bağlı təqdim etdiyi “Trampın sülh planı” olacağı gözlənilir.

***

Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşü artıq üç saatdır ki, davam edir.

***

Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə 5 saatdan çox davam edən görüşü yekunlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
4
qafqazinfo.az

10Sources