EN

BMT Baş Assambleyası İsrailin Colan Təpələrindən çəkilməsini tələb edən qətnaməni təsdiqlədi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası İsrailin bölgədən çəkilməsini tələb edən və Suriyanın işğalını və Colan Təpələrinin faktiki olaraq ilhaqını qanunsuz hesab edən qətnaməni təsdiqləyib.

Redaktor.az xəbər verir ki, Misir tərəfindən təqdim edilən qətnamə layihəsi Baş Assambleyada səsə qoyulub.

123 üzv dövlət "Suriyanın Colanı" adlı qətnamənin lehinə, İsrail və ABŞ başda olmaqla yeddi dövlətə isə əleyhinə səs verib.

Qırx bir ölkə səsvermədə bitərəf qalıb.

 

Chosen
45
2
redaktor.az

3Sources