EN

Bizon Azərbaycan Kuboku: Bu gün 1/8 final mərhələsinin daha 3 oyunu keçiriləcək

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha 3 oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, qarşılaşmalardan ikisi bölgədə, biri isə paytaxtda baş tutacaq.

"Şamaxı" "doğma divarlar" arasında I Liqa təmsilçisi "Baku Sportinq"i qəbul edəcək. Qubada isə "İmişli" "Sabah"la üz-üzə gələcək.

İkinci oyun gününə "Azersun Arena"da yekun vurulacaq. "Qarabağ" ötən həftə Misli Premyer Liqasının XIII tur çərçivəsində məğlub etdiyi (2:0) "Karvan-Yevlax"la qarşılaşacaq.

Qeyd edək ki, ölkə kubokunun 1/8 final mərhələsində iki görüş baş tutub. "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" isə "Neftçi"ni (1:0) məğlub edərək mübarizədən kənarlaşdırıb. Onu da vurğulayaq bu mərhələnin oyunları bir qarşılaşmadan ibarətdir.

Bizon Azərbaycan Kuboku

1/8 final mərhələsi

14:00. "Şamaxı" - "Baku Sportinq"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin BayramovHakim-inspektor: Əmrah İbrahimovAFFA nümayəndəsi: Eldəniz MusayevŞamaxı. Şəhər stadionu.

14:00. "İmişli" - "Sabah"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər ƏhmədovVAR: Fərid HacıyevAVAR: Vüqar HəsənliHakim-inspektor: Zöhrab QədiyevAFFA nümayəndəsi: Rüfət ƏmirovQuba. OİK stadionu.

19:00. "Qarabağ" - "Karvan-Yevlax"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllıVAR: Rəşad ƏhmədovAVAR: Emin ƏliyevHakim-inspektor: Şahin CəfərovAFFA nümayəndəsi: Bəhram QurbanovBakı. "Azersun Arena". 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
1
sport24.az

1Sources