EN

Rubio: “Ukrayna danışıqlarında É™sas mübahisÉ™li mÉ™qam Donetskin 20%-idir”

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda əsas mübahisəli məqam Kiyevin nəzarəti altında qalan Donetsk ərazisinin 20%-i ilə bağlıdır.

Bizim.Media xÉ™bÉ™r verir ki, bunu ABÅž DövlÉ™t katibi Marko Rubio “Fox News”a açıqlaması zamanı bildirib.

"Onların hazırda sözün əsl mənasında mübahisə etdiyi şey təxminən 30-50 kilometrlik ərazi və Ukraynanın nəzarəti altında qalan Donetsk bölgəsinin 20%-i ilə bağlıdır.
 

Biz ukraynalıların nə ilə yaşaya biləcəyini, gələcək üçün onların təhlükəsizliyini nəyin təmin edəcəyini anlamağa çalışırıq və düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik", - Rubio deyib.


Dövlət katibi onu da bildirib ki, ABŞ Ukraynadakı münaqişəni həll etmək üçün çalışır, lakin ona son qoymaq qərarı Moskva və Kiyevdən asılıdır.

Bizim.Media

Chosen
67
10
bizim.media

10Sources