EN

Xəzər sahilində 500-ə yaxın suiti cəsədi tapılıb

Xəzər dənizinin Dağıstan sahillərində aşkarlanan ölü suitilərin sayı artaraq 500-ə çatıb.

Bu barədə Dağıstanın Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, heyvanların cəsədləri respublikanın bir sıra rayonlarında tapılıb.

Qeyd olunub ki, nazirliyin mütəxəssisləri Mahaçqala, Karabudaxkənd, Kayakent və Dərbənd rayonlarının sahil zolağında araşdırma aparıblar. Nəticədə sahillərdə ölmüş 484 suitinin cəsədi tapılıb.

Heyvanların ölüm səbəbini müəyyən etmək üçün Dağıstanın Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlara müraciətlər göndərib. Sahil ərazilərində tədqiqatlar davam etdiriləcək.

Chosen
16
4
anspress.com

5Sources