EN

Kremldə 5 saat davam edən qapalı Putin-Uitkoff görüşü başa çatdı...


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsini həll etmək üçün göndərdiyi xüsusi nümayəndə Stiv Uitkoff və kürəkəni Kuşnerlə görüşüb.

Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev də görüşdə iştirak edib.

Beş saat davam edən görüş qapalı qapılar arxasında keçirilib.

ABŞ nümayəndələrinin səfəri ilə bağlı açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov deyibki, ABŞ tərəfi bir neçə həftədir ki, Ukrayna tərəfi ilə çox intensiv işləyir və Trampın həll planının bir versiyasını hazırlayıblar: “Şübhəsiz ki, bu, sülhə, dinc həllə doğru çox vacib bir addım olacaq".

Chosen
17
baki-xeber.com

1Sources