Azərbaycan Kubokunda 1/8 final həyəcanı davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutacaq.
"Şamaxı" "Baku Sportinq"lə üz-üzə gələcək.
Misli Premyer Liqasının son turunda baş tutan oyun kubokda da təkrarlanacaq.
"İmişli" "Sabah"ı, "Qarabağ" isə "Karvan-Yevlax"ı qonaq edəcək.
Qeyd edək ki, qalib tək oyun üzərindən müəyyənləşir.
Azərbaycan Kuboku, 1/8 final
3 dekabr
14:00. "Şamaxı" – "Baku Sportinq"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
14:00. "İmişli" – "Sabah"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya Kompleksinin stadionu
19:00. "Qarabağ" – "Karvan-Yevlax"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
"Azərsun Arena"