EN

Tel-Əviv Əhməd əl Şaraaya sui-qəsd hazırlayır - İsrail mətbuatı

İsrail Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın öldürülməsinə işarə edib.

Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “Kanal 14” telekanalı İsrailin yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrailin yüksək vəzifəli təhlükəsizlik rəsmiləri təhdid hesab etdikləri Əhməd əl Şaraaya sui-qəsd etmək ehtimalını nəzərdən keçirirlər.

Rəsmilər xəbərdarlıq ediblər ki, İŞİD kimi terror təşkilatlarının Suriyada hakimiyyətə gəlmə ehtimalı yüksəkdir və Şaraa buna hazır olmalıdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün öncə sosial media hesabında yayımladığı açıqlamada İsrailin Bufer Zonasında son zamanlar zorakılığın artmasının Suriyada axtarılan sabitliyi poza biləcəyini bildirib və İsrailin Baş naziri Benyamin Netanyahunu gərginliyi azaltmağa və Suriya ilə təhlükəsizlik sazişini qəbul etməyə çağırıb.

Tramp Həmçinin “Truth Social” sosial media hesabında dərc etdiyi açıqlamada bildirib ki, Əhməd əl Şaraa bölgədə sabitliyin yaradılmasında yaxşı iş görüb, İsrailin bufer zonasını işğal etməkdə israrlı olması və gərginliyin artması Suriyadakı siyasi keçidi poza bilər.

Daşqın HəsənovMissiya.Az

Chosen
32
missiya.az

1Sources