EN

HAMAS-ın təhvil verdiyi qalıqların israilli girova məxsus olmadığı müəyyənləşib

Dünən HAMAS tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilən qalıqlar israilli girova məxsus deyil.

APA xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi məlumat yayıb.

Qeyd edək ki, hazırda HAMAS-ın əlində iki girovun meyiti qalıb.

İsrail və HAMAS arasında əldə olunan atəşkəs razılaşmasına əsasən, İsrail azad olunan hər bir girovun meyiti müqabilində 15 fələstinlinin meyitini Qəzzaya təhvil verməyi öhdəsinə götürüb.

Chosen
54
3
apa.az

4Sources