EN

Rasim Əliquliyev: Yaradıcı alimlərin əməyi başqa formada qiymətləndirilməlidir

BAKI, 3 dekabr. TELEQRAF

"Yaradıcı alimlərin əməyi başqa formada qiymətləndirilməlidir. Bu istiqamətdə görüləcək işlər çoxdur”.

Teleqraf xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev “Sosial-siyasi elmlər müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, Azərbaycan elminin qarşısında dayanan ciddi problemləri ayrıca şəkildə müzakirə etmək lazımdır:

“Elmin maliyyələşməsi məsələsi olduqca vacibdir. Ayrılan vəsaitin necə istifadə olunması da diqqət mərkəzində olmalıdır. Bu sahədə normativ-hüquqi bazanın yenilənməsinə ehtiyac duyulur. Eyni zamanda, alimlərin cəmiyyətdə nüfuzu, elmi əməkdaşlıq imkanları da genişləndirilməlidir”.

Chosen
82
teleqraf.com

1Sources