EN

Nazir müavini: Azərbaycan xəritəçiliyin inkişafına töhfə verməyə hazırdır

"Azərbaycanda xəritəçilik sahəsi uzun və dinamik inkişaf yolu keçib. Biz xəritəçilik üzrə əməkdaşlığın daha da sürətlənməsinə böyük önəm veririk. Təbii ehtiyatların xəritələnməsi və regional ekosistemin vahid sisteminin formalaşdırılması TDT qarşısında duran əsas prioritetlərdən biridir".

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov deyib.

O bildirib ki ki, təşkilatın beynəlxalq nüfuzu getdikcə artır: “TDT çərçivəsində müxtəlif platformalar üzrə əməkdaşlıq genişlənir. Hazırda təşkilat daxilində regional səviyyədə vahid standartların yaradılması və ortaq tematik xəritəçilik mexanizmlərinin genişləndirilməsi üçün ciddi imkanlar mövcuddur”, - deyə o bildirib.

Rəşad İsmayılov qeyd edib ki, qarşıdakı dövrdə xəritəçiliyin inkişafı üçün Azərbaycan töhfə verməyə hazırdır.

Chosen
15
3
apa.az

4Sources