EN

TDT rəsmisi: Türkdilli ölkələr öz xəritələrini formalaşdırmağa başlayıblar

"Artıq türkdilli ölkələr öz xəritələrini formalaşdırmağa başlayıblar".

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan deyib.

O bildirib ki, gələcəkdə hərbi xəritələrin hazırlanması ilə bağlı müzakirələr daha da genişləndiriləcək:

"Son müddət ərzində Kartoqrafiya İnstitutunun nümayəndələri bir sıra görüşlər keçiriblər. Türkdilli ölkələrin xəritəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb. Bu görüşlər bizim üçün çox önəmlidir".

Chosen
10
2
apa.az

3Sources