"Artıq türkdilli ölkələr öz xəritələrini formalaşdırmağa başlayıblar".
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan deyib.
O bildirib ki, gələcəkdə hərbi xəritələrin hazırlanması ilə bağlı müzakirələr daha da genişləndiriləcək:
"Son müddət ərzində Kartoqrafiya İnstitutunun nümayəndələri bir sıra görüşlər keçiriblər. Türkdilli ölkələrin xəritəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb. Bu görüşlər bizim üçün çox önəmlidir".