Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) "Xəritəçilik İşçi Qrupu"nun 2-ci iclası keçirilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edir.
Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, həmçinin digər aidiyyəti qurumların mütəxəssisləri ilə qatılıb.
Xəbər yenilənəcək