Artıq Türk dövlətləri öz xəritələrini formalaşdırmağa başlayıb.
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan deyib.
O bildirib ki, gələcəkdə hərbi xəritələrin hazırlanması ilə bağlı müzakirələr daha da genişləndiriləcək:
“Kartoqrafiya İnstitutunun nümayəndələri bir sıra görüşlər keçiriblər. Türk dövlətlərinin xəritəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb. Bu görüşlər bizim üçün çox önəmlidir”.