EN

Kəlbəcərdə sement daşıyan maşın AŞDI: Sürücü xəstəxanalıq oldu

Kəlbəcərdə sementlə dolu yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kəlbəcər-Vəngli dairəsində baş verib.

Əhmədov Namiq Əli oğlu idarə etdiyi "DONGFENG" markalı sement daşıyan avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Qəza zamanı dürücü N.Əhmədov müxtəlif dərəcəli xəsarət alaraq Kəlbəcər rayonunda yerləşən hospitala çatdırılıb.
 

Hadisə yerinə FHN-nin Kəlbəcər Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğınsöndürən briqadasının əməkdaşları avtomobilin aşması nəticəsində yola dağılan yanacağı ərazidən təmizləyərək yanğın hadisəsinin baş verməsinin qarşısını alıb.


Faktla bağlı araşdırma başlanıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Chosen
9
3
bizim.media

5Sources