EN

Bakıda TDT-yə üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclası keçirilir

Bakıda
Dekabrın 3-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xəritəçilik İşçi qrupunun 2-ci iclası keçirilir. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edirlər.
Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), nazirlik yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, həmçinin digər aidiyyəti qurumların mütəxəssisləri ilə qatılıb. Qeyd edək ki, Bakıda təşkil olunan iclasda İşçi qrupunun ötən il 30 sentyabr - 1 oktyabrda Ankarada keçirilmiş 1-ci görüşündə müəyyən edilən hədəflərin icra vəziyyəti və gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanları nəzərdən keçirilir. Bu tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.

Tədbirin sonunda Bəyannamənin qəbulu planlaşdırılır.

Chosen
11
16
1news.az

10Sources