EN

General: Azərbaycan rəqəmsal ordu konsepsiyası ilə bağlı ciddi addımlar atıb

BAKI, 3 dekabr. TELEQRAF

"Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən dünya geodeziya koordinasiya sistemi və G84-ə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib".

Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Azər Əliyev deyib.

O bildirib ki, Azərbaycan rəqəmsal ordu konsepsiyası ilə bağlı ciddi addımlar atıb.

“Bu prosesdə rəqəmsal xəritələr əsas məsələlərdən biridir. Coğrafi informasiya sisteminin yaradılması isə günümüzün tələbidir. Bu coğrafi sistemlərlə birlikdə TDT-nin bu sahədə işləri birləşdirməsi böyük əhəmiyyət daşıyır. Vahid standartlara malik xəritələrin tətbiqi danılmazdır. Bu, TDT-nin ortaq mənafeləri ilə bağlı əsas istiqamətlərdən biridir", - o əlavə edib.

Chosen
28
7
teleqraf.com

9Sources