1- 19 dekabr tarixində Neftçalada, Şəmkirdə, Biləsuvarda, Tərtərdə, Ağsuda, Oğuzda, Xudatda və Xırdalanda  vətəndaşlara səyyar xidmət göstəriləcək.
Redaktor.az xəbər verir ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin hər kəs üçün daha rahat, innovativ üsullarla və əlçatan şəkildə təqdim edilməsidir. Bu xidmət vətəndaş məmnunluğunu təmin etməklə yanaşı, dövlət xidmətlərinin daha geniş kütləyə sürətli və bərabər şəkildə çatdırılmasına imkan yaradır.
SÉ™yyar ASAN xidmÉ™t avtobusları hÉ™ftÉ™ içi 5 gün saat 10:00-dan 17:00-dÉ™k fÉ™aliyyÉ™t göstÉ™rir. Saat 13:00-14:00 arası isÉ™ nahar fasilÉ™sidir.Â
Ağsu və Neftçala rayonlarında fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobuslarında isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub.
Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.