EN

Yaxınlarının məzarını ziyarətə getdi, meyiti tapıldı

ain.az, Axar.az saytına istinadən bildirir.

Bakıda 47 yaşlı kişi qəbiristanlıqda ölüb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 2-si saat 18 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Bakıxanov qəsəbə sakini, 1978-ci il təvəllüdlü İqor İlkov Mixayloviç yaxınlarının məzarını ziyarətə gedib. O, qəbiristanlığın girişində infarktdan ölüb. İ.İlkovun meyiti qəbiristanlıq işçiləri tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
axar.az

2Sources