EN

İmam Həsən haqda danışdı, hücuma məruz qaldı

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün hökumətə bağlı radikallar İranın tanınmış tənqidçi din xadimlərindən olan Əbdülrəhim Süleymani Ərdastaninin ofisinə hücum edib, onu ölümlə hədələyiblər.

Axar.az xəbər verir ki, Ərdastani bu haqda sosial mediada məlumat və video yayıb.

Hücumçular din xadimini təhqir edib, onu bir daha çıxış edəcəyi təqdirdə ağır cəzalandıracaqları ilə qorxudublar.

Qeyd edək ki, hücum din xadiminin canlı verilişdə çıxış etdiyi zaman baş verib.

Radikallar Əbdülrəhim Süleymani Ərdastaninin şiələrin ikinci imamı İmam Həsən və peyqəmbərin qızı Fatimənin həyatı haqqında çıxışına görə qəzəbləniblər.

Ərdastani deyib ki, İmam Həsən ikinci dəfə evləndiyinə görə birinci yoldaşının qəzəbinə tuş gəlib və onun tərəfindən zəhərlənərək öldürülüb.

Bununla yanaşı, o, Fatimənin barəsində şiələrin nağıllar uydurduğunu söyləyib, onun ölümünü tarixi həqiqət deyil, əfsanələşdirilmiş dastan adlandırıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
68
axar.az

1Sources