Bakı. Trend:
Qanunvericiliyə ailə vəzifələri olan işçi anlayışıgətirilir.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü onlayn iclasında müzakirə olunan ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Layihəyə əsasən, tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacıolan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığagötürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara)və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habeləhimayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq(köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq,əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilməkimkanları məhdudlaşan işçi ailə vəzifələri olan işçi hesabediləcək.