EN

Kəmaləddin Heydərov təltif edildi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov "Beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə görə" medalı ilə təltif edilib.

"Bakuinfo" xəbər verir ki, mükafat Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan tərəfindən təqdim olunub.

Qeyd edək ki, medal dekabrın 3-də Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransında təqdim olunub. (Publika.az )

Chosen
82
5
bakuinfo.net

6Sources