EN

Azərbaycanda əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq

Bakı. Trend:

Azərbaycanda əmək və sosial məsələlər üzrə üçtərəfli komissiyayaradılacaq.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü onlayn iclasında müzakirə olunan ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında sosial-əməkmünasibətlərinin tənzimlənməsinə dəstək vermək, sosial sabitliyiqorumaq, kollektiv danışıqların aparılması və Baş kollektiv sazişinlayihəsinin hazırlanması üzrə işləri əlaqələndirmək, sosial təminatsahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması iləbağlı məsləhətləşmələr aparmaq və tərəflərin mövqelərinirazılaşdırmaq məqsədilə tərəflərin hüquq bərabərliyi prinsipiəsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun), həmkarlar ittifaqlarının və işəgötürənlərinümumrespublika (respublika) birliklərinin birgə qərarı ilə bərabərsayda səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyətgöstərən əmək və sosial məsələlər üzrə üçtərəfli komissiyayaradılacaq.

Məqalədə:
Chosen
104
11
az.trend.az

10Sources