Bakı. Trend:
Gecə növbəsinə işə təyin edilərkən işçilərin ailə vəzifələrininyerinə yetirilməsi ilə əlaqədar ehtiyacları nəzərə alınacaq.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlərkomitəsinin bugünkü onlayn iclasında müzakirə olunan ƏməkMəcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinitapıb.
Layihəyə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən vəgecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədənailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları,əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınacaq.