EN

KİV: Tramp Netanyahuya Suriya ilə müharibədən çəkinməyə çağırdı

BAKI, 3 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp dekabrın 1-də İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında onu Suriya ilə hərbi eskalasiyadan çəkinməyə və ölkənin hazırkı rəhbərliyini təhrik etməməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ və İsrail mənbələrinə istinadla "Axios" portalı məlumat yayıb.

Məlumata görə, Tramp Netanyahuya yeni Suriya hakimiyyətinin İsraillə dialoqa konstruktiv yanaşdığını bildirib və erkən hərbi addımların vəziyyəti pisləşdirə biləcəyini vurğulayıb.

Chosen
96
49
teleqraf.com

10Sources