EN

“Neftçi”nin əbədi seriyası qırıldı – ARENA.AZ

2025/2026-cı illər mövsümündə uğursuz çıxışı ilə diqqət çəkən “Neftçi” Azərbaycan Kuboku tarixində ilk dəfə 1/4 finalda iştirak etməyəcək.

Arena.az xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 33 mövsümündə səkkiz ən yaxşı sırasına düşən “ağ-qaralar”ın əbədi seriyası sona çatıb.

Bu, Azərbaycan Kubokunun 2025/2026-cı illər mövsümünün 1/8 finalında baş verib. Bakı klubu ötən gün baş tutmuş “Zirə” ilə matçın əlavə vaxtında uduzub – 0:1. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmaya qədər “Neftçi” kubokda həm bütün mövsümlərdə iştirak edən, həm də daim 1/4 finalda olan yeganə komanda idi.

Qeyd edək ki, “səkkizlik”də iştirak sayında 2-ci olan “Qarabağ” 26, 3-cü olan “Şamaxı” 19 dəfə bu mərhələdə iştirak edib.

Chosen
25
6
arena.az

10Sources