EN

ATU bu şirkətlə 174 minlik müqavilə bağlaya bilər – Ölkədən valyuta çıxarmaqda ittiham olunurdu

Azərbaycan Tibb Universiteti laboratoriya və tədris proseslərinin təmin edilməsi məqsədilə müxtəlif növ reaktivlərin satın alınması üçün tender elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,  tenderin qalibi “VIVA MEDICAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. tərəflər arasında 174.831,94 AZN dəyərində müqavilə bağlanacaq.

Qeyd olunur ki, bu satınalma universitetin tədris və elmi-tədqiqat fəaliyyətlərinin fasiləsiz davam etdirilməsinə xidmət edəcək.

Qeyd edək ki, “VIVA MEDICAL GROUP” MMC-nin nizamnamə kapitalı 10.000 manat, qanuni təmsilçisi Pərviz İsgəndərsoy Nurəddin oğludur.

Xatırladaq ki, yerli mediada daha əvvəl yayılan məlumatlara görə, bu şirkət Azərbaycan iqtisadiyyatından valyuta çıxaran məşhur şirkətlər arasında yer alıb. 2022-ci ildə yayımlanan bir araşdırmada “VIVA MEDICAL GROUP” MMC də daxil olmaqla bir neçə şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinmişdi.

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəylidir.

Bizi Facebookda izləyin

 

Chosen
84
1
nocomment.az

2Sources