EN

Dani Olmo qol vurdu, çiyni çıxdı – ARENA.AZ

Futbol üzrə İspaniya çempionu “Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Dani Olmo 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə Kataloniya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, buna yarımmüdafiəçinin La Liqanın 19-cu turu çərçivəsində qarşılaşdıqları “Atletiko” ilə oyunda zədələnməsi səbəb olub. O, 65-ci dəqiqədə komandasının 2-ci qolunu vuran anda uğursuz şəkildə yıxılıb və çiynindən xəsarət alıb. Bu üzdən də Olmo 66-cı dəqiqədə əvəzlənib. Müayinələr onun çiyninin çıxığını göstərib. “Barselona” futbolçunun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Xatırladaq ki, Dani Olmo cari mövsümdə “Barselona” forması ilə 17 oyunda iştirak edib, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Barselona” doğma meydanda qarşılaşdığı “Atletiko”nu 3:1 hesabı ilə üstələyib.

Sonda onu da xatırladaq ki, “Barselona”da hazırda Ronald Arauxo, Fermin Lopes, Qavi və Mark Andre ter Ştegen də zədədən əziyyət çəkir. Frenki de Yonq da xəstəlik səbəbindən “Atletiko” ilə oyunu buraxmaq məcburiyyətində qalmışdı.

Chosen
28
6
arena.az

10Sources