EN

IDEA Xaçmaz və Şabranda növbəti ağacəkmə aksiyaları təşkil edib (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyatakeçirilən “Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyası çərçivəsindənövbəti ağacəkmə aksiyaları Xaçmaz və Şabran rayonlarında təşkiledilib.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, IDEAkönüllülərinin iştirakı ilə Xaçmaz rayonunun Niyazoba kəndiərazisində 1500-dən çox Eldar şamı, palıd və iydə ağacı əkilib.Həmçinin Şabran rayonunun Çayqaraqaşlı kəndində keçirilən aksiyazamanı 700-dən çox Eldar şamı, tuya və sərv ağacı əkilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və TəbiiSərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən“Ümumrespublika yaşıllaşdırma marafonu”nun (“Yaşıl marafon”) əsasməqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinintəşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin florabiomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunmasıilə bağlı maarifləndirməyə töhfə verməkdir. “Yaşıl marafon”çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləriərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdətutulur.

IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
Məqalədə:
Chosen
24
5
az.trend.az

10Sources