ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“Dekabrın 18-də Heydər Əliyev Sarayında tamaşaçılara təqdim ediləcək “Qu gölü” tamaşasına təlabat çoxdur və artıq biletlər satılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov Real TV-də yayımlanan “Real İntervyu” verilişində qonaq olarkən bildirib.
“Bizdən xahiş etdilər ki, bunu ikinci dəfə də təqdim edək. Buna görə tamaşa dekabrın 23-ü yenidən təqdim olunacaq”, - Xalq artisti qeyd edib.
Y.Eyvazov həmçinin bildirib ki, artıq 2026-cı ilin proqramı təsdiqlənib və yeni premyeralar olacaq. Onun sözlərinə görə, əvvəllər səhnəyə qoyulmayan operalar, eyni zamanda unudulmuş əsərlər səhnələşdiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.