EN

Matça doğru: “Qarabağ” və “Karvan-Yevlax”da ciddi itkilər

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qarabağ” doğma meydanda “Karvan-Yevlax”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda da görüşə itkilərlə çıxacaq. Ağdam təmsilçisində qapıçı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçi Kadi və müdafiəçi Abbas Hüseynov zədə səbəbindən oynamayacaqlar.

Yevlax klubunda isə qapıçı Mateuş Pedro, Süleyman Əhmədov və Mikels hələ sağalmayıb.

Qeyd edək ki, “Qarabağ” – “Karvan-Yevlax” qarşılaşması bu gün 19:00-da başlayacaq.

Chosen
3
1
idmanxeber.az

2Sources