EN

“Drujba” kəmərində güclü partlayış - Ukraynadan iddia

Rusiyada Avropaya neft ötürən “Drujba” kəmərinin bir seqmentində güclü partlayış qeydə alınıb.

News365.az xəbər verir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi hadisə ilə bağlı öz mənbələrindən əldə etdiyi məlumatı açıqlayıb.

İdarənin məlumatına görə, hücum kəmərin Taqanroq–Lipetsk istiqamətində yerləşən Kazinskiye Vısellki yaşayış məntəqəsinin yaxınlığında baş verib.

Bildirilir ki, həmin hissəni sıradan çıxarmaq üçün uzaqdan idarə olunan partlayıcı qurğudan istifadə olunub. Bundan əlavə, daha güclü yanma effekti yaratmaq üçün xüsusi yandırıcı qarışıqlar tətbiq edilib.

News365.az

Chosen
2
news365.az

1Sources