EN

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Aİ üzvlüyünə hazır olacaq

BAKI, 3 dekabr. TELEQRAF

Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqı (Aİ) üzvlüyünə hazır olacaq.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze bu günkü brifinqdə bildirib.

“Bizim məsuliyyətimiz odur ki, Avropa İttifaqına inteqrasiya üçün hazır olaq. Avropa İttifaqının yanaşmalarına gəlincə, əgər indiyə qədər Avropa bürokratiyasının nümayiş etdirdiyi o utancverici yanaşma davam edərsə, ədalətsizlik də davam edəcək. Artıq bəyan etmişik ki, 2030-cu ilə qədər hazır olacağıq. Müvafiq sazişlər üzrə öhdəliklər götürmüşük, yerinə yetiriləcək, qalanı ədalətdən asılıdır”, - baş nazir qeyd edib.

Chosen
6
teleqraf.com

1Sources