“Globe Soccer” – ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin final siyahısı məlum olub.
Msport.az xəbər verir ki, siyahıda 6 mütəxəssis var.
Finalçılar aşağıdakılardır: Xabi Alonso (“Real”), Mikel Arteta (“Arsenal”), Luis Enrike (PSJ), Hans-Diter Flik (“Barselona”), Enzo Mareska (“Çelsi”), Arne Slot (“Liverpul”).
Qeyd edək ki, sayca 16-cı “Globe Soccer” mükafatlandırma mərasimi dekabrın 28-də Dubayda keçiriləcək. Ötən il ən yaxşı məşqçisi həmin vaxt “Real”a rəhbərlik edən Karlo Ançelotti olub.