EN

Uçurum kənarında olan "Şəki Siti"nin taleyinə bu gün aydınlıq gələcək

"Şəki Siti"dəki maliyyə problemini, futbolçu və məşqçi heyətinin 3 aya yaxındır ki, maaş üzünə həsrət qaldığını diqqətinizə çatdırmışıq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, dünən 19:00-da 2-ci Liqa təmsilçisinin tirul sponsoru olan "Flybast"ın ofisində şirkətin direktoru Rövşən Abdullayevlə klub nümayəndələri, eləcə də baş məşqçi Elvin Həsənov bir araya gəliblər.

Məşq etməyən, oyunlara hazırlıqsız çıxan komanda üzvləri Abdullayevin qarşısına şərt qoyublar. Bu gün axşam saatlarına qədər futbolçuların, məşqçilərin, tibbi personalın pulları ödəniləcəyi halda, "Şəki Siti"nin məşqləri sabahdan bərpa olunacaq.

Onu da qeyd edək ki, Abdullayev bu gün 14:00-da Peşəkar Futbol Liqasının rəhbərliyi ilə görüşüb. Məsələni diqqətdə saxlayacağıq.

Nihat  
 

Chosen
8
1
fanat.az

2Sources