EN

Herontoloji Mərkəzə kimlər müraciət edə bilər? – Səhiyyə Nazirliyi izah edir

Bakı. Trend:

“Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzin fəaliyyətininəsas məqsədi heriatrik yaş qrupundan olan pasiyentlərə müayinə,müalicə-məsləhət yardımıdır. Yaşlılıq dövrü 60 yaşdan başlayır və oyaşdan olan bütün şəxslər müraciət edə bilər”.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhərHerontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən NailəƏhmədova açıqlayıb.
Onun sözlərinə görə, mərkəzdə müayinədən keçib müvafiq müalicəalmaq üçün vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciətedə bilərlər:

“Bu həm yaşlı, həm də cavan vətəndaşlara aiddir. Yaşlı insanlardaha çox ürək-damar, həzm, sinir, endokrin, sidik-cinsiyyət,sümük-əzələ sistemi xəstəlikləri, görmə, eşitmə zəifliyi kimipatologiyalarla müraciət edirlər. Müraciət üçün şəxslərdəxəstəliklərin olması mütləq deyil. Profilaktik olaraq da müayinədənkeçib, məsləhət ala bilərlər”.

Chosen
80
1
az.trend.az

2Sources