"Ukrayna hakimiyyəti və xalqı ölkədə korrupsiya ilə mübarizədə böyük ölçüdə uğur qazanıb".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte deyib.
"Korrupsiya baş verdikdə ukraynalıların mübarizə aparması vacibdir. Və onlar bunun öhdəsindən gəldilər", - o qeyd edib.
Rutte Ukrayna lideri Volodimir Zelenskinin korrupsiyanın kökünü kəsmək üçün bütün lazımi addımları atması ilə bağlı nikbinliyini ifadə edib.