EN

Herontoloji Mərkəzin fəaliyyəti Qocalar evindən nə ilə fərqlənir? - Səhiyyə Nazirliyi açıqlayır

Bakı. Trend:

“Ölkəmizdə aparılan davamlı sosial islahatlar nəticəsində həssasəhali qruplarından olan şəxslərin, o cümlədən tənha ahıl şəxslərinsosial müdafiəsi və hərtərəfli dövlət qayğısı ilə əhatəolunur”.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı ŞəhərHerontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən NailəƏhmədova açıqlayıb.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Bakı şəhər HerontolojiMərkəzi əsasən yaşlı insanlara daha ixtisaslaşmış və keyfiyyətlitibbi yardım göstərmək məqsədilə yaradılıb:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olanSosial Xidmətlər Agentliyi isə ahıl şəxslərin yaşayışı, keyfiyyətlisosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalıkeçirmələri üçün yaradılıb.

N. Əhmədova qeyd edib ki, mərkəzin həkimləri dünya praktikasınıöyrənirlər, Azərbaycanda da tətbiq etmək məqsədilə, mütəmadi olaraqxarici və yerli konfranslarda, seminarlarda və kurslarda iştirakedirlər:

“Mərkəz herontologiya elminin öyrəndiyi spesifik yaşa uyğundəyişikliklərin əsasında üzə çıxan problemlərin həll edilməsiməqsədilə müxtəlif dövlət və qeyri-hökümət qurumları ilə birgə elmiaraşdırmalar aparır. Yaşlı insanların asudə vaxtlarını dahasəmərəli keçirmələri üçün art terapiya ilə məşğul olan qurumlarayönləndirir, ambulator xidmətlər göstərirərək əhalininsağlamlığının profilaktikasını və qorunmasını təşkil edir”.

Chosen
78
az.trend.az

1Sources