İngiltərənin "Çelsi" klubunun keçmiş futbolçusu Marvin Hinton vəfat edib.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə London kollektivinin mətbuat xidməti məlumat yayıb.
O, 85 yaşında dünyasını dəyişib. İngiltərə millisinin sabiq müdafiəçisinin ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Marvin Hinton 1963–1976-cı illərdə "Çelsi"nin şərəfini qoruyub.
"Cebheinfo.az"