EN

Tabutda aclıq hissi ilə oyandı, yemək bişirməyə getdi

Çinin Quanqsi əyalətində ölən 95 yaşlı təqaüdçü qadın Li Xiufeng altı gün sonra "dirilib". 

"Unikal" xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb. 

Çin adətinə görə, onun cəsədi insanların vidalaşması üçün bir tabutda evinin önünə qoyulub. 

Qonşuları bir müddət sonra tabutun boş olduğunu görüblər. Məlum olub ki, dirilən qadın həmin an evinin mətbəxində yemək bişirməyə gedib. 

Xiufeng daha sonra təfərrüatları açıqlayıb: "Tabutda həddindən artıq aclıq hissi ilə oyandım, qapağı açdım və yemək bişirmək üçün evə getdim". 

Həmçinin, yerli ənənəyə uyğun olaraq, Xiufengin əşyaları yandırılıb. Hazırda qadının heç nəyi qalmayıb. 

Həkimlər daha sonra ona nadir bir xəstəlik diaqnozu qoyublar. Belə ki, bu xəstəliyə görə insanın nəfəs alması demək olar ki, hiss olunmur.

Ağarza Elçinoğlu 

Chosen
43
2
unikal.az

3Sources