EN

Azərbaycan Ordusunda psixoloqlar üçün təlim keçirilir (FOTO)

Bakı.Trend:

Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik vəbacarıqlarını, peşəkarlıq səviyyələrini artırmaq, müxtəlif xidmətşəraitlərində daha effektiv fəaliyyət göstərmələrini təmin etməkməqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetməİnstitutunda psixoloji təlim keçirilir.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin ilk günündə qardaş TürkiyəRespublikasından dəvət edilmiş psixoloq tərəfindən “EMDR terapiya”(Eye Movement Desensitization and Reprocessing – Göz Hərəkətləriilə Desensitizasiya və Yenidən Emal) mövzusunda iştirakçılaraətraflı məlumat verilib.

Plana əsasən təlim iştirakçılarına psixoloji travmalar, onlarınyaddaşda hansı formalarda qalması, biopolyar pozuntular, uşaqlıqqorxularının aradan qaldırılması metodları, döyüş və ekstremalşəraitdə travma yaşayan hərbi qulluqçuların psixolojivəziyyətlərinin neyropsixoloji aspektləri və onlara effektiv dəstəkyolları, dərin psixoloji problemlərin aradan qaldırılması üsullarıvə bu üsulların tətbiq mexanizmləri barədə geniş izahlarverilir.

İnteraktiv formada təşkil edilən təlimdə iştirakçılar realvəziyyətlərə əsaslanan nümunələri təhlil edərək, mövzu ilə bağlımüasir elmi yanaşmalar və təcrübədə tətbiq olunan metodlardanistifadə etməklə təcrübi tapşırıqlar vasitəsilə bilik vəbacarıqlarını artırmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Ordusunda xidmət edən psixoloqlarıntəkmilləşdirilməsi məqsədilə keçirilən təlim dekabrın 9-dək davamedəcək.

Azərbaycan
Azərbaycan
Chosen
341
6
az.trend.az

7Sources